Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutu “Azərsu” ASC-ni məhkəməyə verib.
Aktual.az Report-a istinadən xəbər verir ki, Zoologiya İnstitutu borcun ləğv edilərək şəxsi hesabdan silinməsi barədə tələb irəli sürüb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib. Həmin qərardan narazı qalan Zoologiya İnstitutu apellyasiya şikayəti verib.
İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.