"İnsanlar hava qaralandan sonra itlərə görə böyük stress və gərginlik keçirir" - Qüdrət Həsənquliyev


"Azərbaycanda ictimai asayiş və təhlükəsizlik yüksək səviyyədə təmin olunub, amma insanlar küçəyə çıxanda itlərdən qorxur”.
Aktual.az xəbər verir ki, bunu Milli Məclisdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Qüdrət Həsənquliyev deyib.
Qüdrət Həsənquliyev qeyd edib ki, bu gün Qərb ölkələrində böyük şəhərlərin mərkəzi küçələrindən kənara bir addım qoymaq cinayət qurbanı olmaq deməkdir: "Bəzi küçələr var ki, polislər belə axşam saatlarında hava qaralandan sonra ora girməkdən çəkinir. Bizdə isə insanlar küçəyə çıxanda, cinayətkarlardan yox, itlərdən qorxur. Xüsusilə də şəhər ətrafında hava qaralandan sonra insanlar evə gələndə itlərə görə böyük stress və gərginlik keçirirlər”.
Deputat beynəlxalq təcrübədən də söz açıb: "Ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyası var. Konvensiya 1987-ci ildə qəbul olunub. Azərbaycan 2007-ci ildə həmin Konvensiya qoşulub, ratifikasiya edib. Düzdür, Nazilər Kabinetinin yaşayış məntəqələrində it, pişik və digər ev heyvanlarının saxlanması ilə bağlı təsdiq etdiyi qaydalar var, amma qanun yoxdur”


Xəbər 69 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR