Kriminalistlər bud sümüyünün sıxlığının qiymətləndirilməsinə görə, sümük qalıqlarının hansı yaşda olduğunu müəyyənləşdirməyin yeni üsulunu kəşf ediblər.
Aktual.az xəbər verir ki, ABŞ-ın Şimali Karolina Universitetindən olan bir qrup mütəxəssis hesab edir ki, insan orqanizmində yaş ötdükcə sümüklərin minerallaşması artır, cinsi yetkinlik dövrünə çatdıqda isə, stabil sürətlə azalmağa başlayır. Məhz bu səbəbdən bu üsul yaşın təyin edilməsi üçün ən əlverişli və dəqiq meyardır.
Araşdırmanın müəllifi Ann Rossun sözlərinə görə, ölüm anında müasir yaş qiymətləndirmə texnologiyaları sümük və oynaqların aşınmasına əsaslanır: "Təbii ki, burada aşınma həyat tərzindən və kriminalistin interpretasiyasından asılı olaraq dəyişir. 40 yaşında vəfat edən şəxsin yaşı 27 və ya 70 kimi qiymətləndirilə bilər".
Məlumata görə, mütəxəssislər daha əvvəl də mövcud olan metodikanı təkmilləşdirməyə nail olublar. Belə ki, alimlər bədənin bütün sümüklərini seçərək, sümük hüceyrələrin yerləşdirilməsi üçün bir hissə tapmalı idilər. Müzakirələrdən sonra qərara alındı ki, insan bədənində bu metodun tətbiqi üçün ən ideal yer və yaşı daha dəqiq göstərən elə bud sümüyü boynunun minerallaşmasıdır .
Elm adamları bu üsulun test sınaqları üçün 33 kişi və 8 qadının bud sümüyündən nümunələr götürüblər. Yaşın müəyyənləşdirilməsi zamanı isə 13 ilə qədər səhv təyin etmə müşahidə edilib. Bu, az olmasa da, digər metodikalardan çoxdur. Alimlər ümid edir ki, sistemi daha da təkmilləşdirməklə bu səhvləri aradan qaldırmaq və ya maksimum dərəcədə azaltmağa nail ola biləcəklər.
Kişi və qadınların sümük sıxlığında alimlər tərəfindən böyük fərqin aşkarlanmamasına baxmayaraq, kəllə sıxlığında fərqin olması müəyyənləşdirilib. Tədqiqatçıların fikrincə, kəllənin minerallaşmasından cinsin müəyyənləşdirilməsi üçün istifadə etmək olar, çünki kəllə fiziki yükləmələrə məruz qalmır və sümük sıxlığında cinsə görə müəyyənləşdirilən kiçik fərqləri ayırd etmək mümkündür. (publika.az)
Xəbər 1189 dəfə oxunub.