Bütün cəmiyyətin xoşbəxtliklərinin əsil mənbəyi - İlahi yolda addım atmaqlarındadır. Bədbəxtliklər o zaman başlayır ki, onlar Allahpərəstlik yerinə, nəfslərinə pərəstliyi seçirlər. Axirətin yerinə, dünyanı ali hədəf kimi qərar verirlər.
İnsanın dünya və axirətdə xoşbəxt olması üçün bir çox amillər vardır ki, onlara riayət etməsi zəruridir. Quran bu amillərə açıq şəkildə işarə etmiş və bütün müsəlmanları o əməllərə tərəf təşviq etmişdir. Pislik edənlərə yaxşılıq etmək, işlərində səbir etmək, tövbə və istiğfar etmək kimi.
Aktual.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Müsəlman insanın xoşbəxtlik amili odur ki, övladı özü kimi olsun, dindar və gözəl üzlü həyat yoldaşına malik olsun. Yaxşı miniyi və geniş evi olsun". (Tebyan)
Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Hər kimdə bu dörd sifət olar, Allah onu Öz pənahında qərar verər və behiştə daxil edər. O kəsin ki, gözəl əxlaqı olar ki, onunla insanlar arasında yaşayar. Əziyyət çəkmiş insanlara rəhm edər. Ata və anasına qarşı mehriban olar. Qullarına yaxşılıq edər".
Rəhmətlik İmam (r) buyurur: "Necə də səadətli və xoşbəxtdir o kəslər ki, dünya və onun zinətlərinə arxa çevirmiş və ömürlərini təvqa və dindarlıqla keçirirlər".
Başqa yerdə buyurur: "Quran əgər bir millətin kitabı olarsa, o millət səadətli olar. Əgər Qurana əməl etsək - səadətli olarıq".
Rəhmətlik İmamnin (r) nəzərinə görə, bədbəxtlik amili o zaman baş qaldırar ki, insanlar dindən və Qurandan uzaqlaşarlar. Ona görə də buyurur: "Bizim millətin bədbədxtliyi o zamandır ki, millətimiz Qurandan ayrı olsun, İlahi əhkamdan ayrı olsun, İmam Zamandan (ə.f) ayrı olsun".
Allah Təala Quranda buyurur: "Həqiqətən Bizim görüşümüzə ümidi (axirət aləminə imanları) olmayan və dünya həyatına şad olaraq ona ürək bağlayan, həmçinin Bizim ayələrimizdən (müşahidə aləminin yaradılış və əzəmətli kitabın tərtib edilmiş ayələrindən) qafil olan kəslər - onların qalacaqları yer qazandıqlarının (qəlbləri ilə qazandıqları nalayiq əqidələrin və əlləri ilə qazandıqları günahların) cəzası olaraq oddur". ("Yunus" 7-8).
Həzrət Peyğəmbər (s) buyurur: "O kəsin ardıcılı olma ki, qəlbini özünü yada salmaqdan saxlamışıq. O, maddi istəklərinin ardınca gedər və ifrat yolunda qərar tutar".
Rəhmətlik İmam (r) övladlarına dünya ilə bağlı belə nəsihət verir: "Oğlum! O şey ki, məzəmmət olunan, bütün bədbəxtliklərin və həlakətlərin əsası və bütün xataların başıdır - dünya sevgisidir ki, nəfs sevgisindən nəşət alar".
Rəhmətlik İmam (r) başqa yerdə buyurur: "Hər bir insanın bədbəxtliyi, maddiyyata aiddir. Nəfsin maddiyata diqqət etməsi, insanı insanlıq karvanından saxlayar".
Beləliklə deyə bilərik ki, bütün bədbəxtliklərin mənbəyi - insanın Allahı unutmasında və Qurandan və itrətdən uzaq olmasındadır.