İnsanda olan yara onun hansı xəstəlikdən əziyyət çəkməsindən XƏBƏR VERİR

İnsanda olan yara onun hansı xəstəlikdən əziyyət çəkməsindən XƏBƏR VERİR

İnsan zədə alarkən bədənində yaranan qançırlardan onun hansı xəstəlikdən əziyyət çəkdiyini demək mümkündür.

Publika.az xarici mətbuata istinadən bildirir ki, ABŞ alimlərinin araşdırmalarına əsasən qanın keyfiyyəti və yumşaq toxumaların möhkəmliyindən də qançırların forması və rəngi asılı ola bilər. Amma əsasən yara-bərələr orqanizmin ümumi immun sisteminin vəziyyətindən xəbər verir. Yəni hər adamın yarası özünəməxsus olur.
Məsələn, əgər zədə alanda açılan yaradan çox qan gedirsə, əlbəttə ki, qan laxtalanmasında problem var, həm də qanın keyfiyyəti çox aşağıdır. Bu adamlar ürək-damar problemlərindən əziyyət çəkirlər. Əgər hazırda bu problem həmin adamda yoxdursa, o zaman gələcəkdə bu xəstəliklə üzləşə bilər.
Əgər qançırlar istənilən kiçik zədə vasitəsilə yaranarsa, onda bu, immun zəifliyinə işarədir. Qançırın çox iri əhatəyə yayılması qanda infeksiyanın olduğunu göstərir. Bu da gələcəkdə leykemiya (qan xərçəngi) kimi qorxunc xəstəliyə yol aça bilər.
 
Aktual.az
Xəbər 897 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR