Bioloqlar müəyyən ediblər ki, bəzi heyvanlar insanları müalicə etməyə qadirdir
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, şəfa verən beş heyvan sırasına at, pişik, it, ilan və arı daxildir.
Atlar - dayaq-hərəkət aparatı xəstəliklərini müalicə edir, travma və yaralanmadan sonra bərpa prosesinə yardımçı olur. Atlar alkoqol və narkotik asılılığına qarşı mübarizə aparanlar üçün də ideal seçimdir.
İtlər - ürək-damar sistemini gücləndirir, qısa müddətdə depressiyadan çıxmağa kömək edir. Bu heyvanlar öz sahiblərində xərçəng şişlərini erkən mərhələdə üzə çıxarır.
Pişiklər - sahiblərini nevroz və depressiyadan müalicə edir.
Arılar - insana çıxıqlar və radikulit zamanı kömək edir. Müalicəni bu həşəratların istehsal etdiyi bal və propolis təmin edir.
İlanlar - zəhəri çox xeyirlidir. Onu damar və oynaqların müalicəsində istifadə olunan bəzi gellərə və losyonlara əlavə edirlər.
Aktual.az
Xəbər 926 dəfə oxunub.