“İnsan nə qədər rəzil olmalıdır ki...” – Elşən Musayev AXCP sədrinə od püskürdü!

“İnsan nə qədər rəzil olmalıdır ki...” – Elşən Musayev AXCP sədrinə od püskürdü!

"İnsan nə qədər rəzil, nə qədər başıpozuq olmalıdır ki, iştirak eləmədiyi proses haqda həqarət dolu mülahizələr yürütsün? İnsan nə qədər bədbəxt olmalıdır ki, adını siyasətçi, partiya sədri qoya-qoya ancaq lağlağı ilə, klounluqla məşğul olsun? İnsan nə qədər ağılsız, səbatsız, məntiqsiz olmalıdır ki, öz kasadlığını, düşüklüyünü, "həyatın dibi” olduğunu görmədən kimlərəsə öyüd-nəsihət versin, havaya boş-boş məsləhətlər üfürsün, hardasa, nədəsə səhv axtarsın? Deyim, nə qədər! Əli Kərimli qədər! Məhz Əli Kərimli qədər olmalısan ki, bu həyatda abır və həya hissini tamamən itirəsən, hər cür mənəviyyatsızlığa, əxlaqsızlığa imza atasan...”.
 
Aktual.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elşən Musayev AXCP sədri Əli Kərimlinin dünən ölkədə keçirilən bələdiyyə seçkiləri haqda "facebook” üzərindən yazdığı statusa münasibət bildirərkən söyləyib. 

"Adam artıq nə cığaldır, nə də qısqanc. Adam artıq nə kinlidir, nə də qeyri-adekvat. Adam artıq şizofrenikdir! Məhz şizofrenik! Təxəyyülü də şizo-təxəyyüldür, davranışı da, yazdığı yazılar da. Başını tamamən itirib, Əli Kərimli! İtirib və tapa bilmir. Daha doğrusu, itirdiyi yeri tapa bilmir. Və ya bilmək olmaz, bəlkə də o baş ümumiyyətlə heç bir zaman mövcud olmayıb. 

Cırnaya-cırnaya, mızıldana-mızıldana qalıb. 60 yaşı var, amma 60 qram ağıla sahib deyil. Düzəlmir. Dəyişmir. Qaraguruh xislətindən imtina etmir. Bütün ümidlərini dikib, fövqəl-durumlara, xaricdəki qəyyumlara, Şvabe kimi yaramazlara, hansısa ölkədən gələ biləcək ixtiyari dalğaya, donos ötürdüyü təşkilatlara, Qənimət kimi kardaşyanyönümlülərə...Amma alınmayacaq! Bu anti-milli ünsürün qara arzuları, çirkin niyyətləri ömürünün sonuna qədər gözündə və ürəyində qalacaq. Çünki, Azərbaycan siyasətində satqınlara, xainlərə, casuslara yer yoxdur və bundan sonra da heç bir zaman olmayacaq!” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər 113 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR