"İnsan bu qədər vicdansız olmaz. İnsan bu qədər ləyaqətsiz, namərd, nankor olmaz. Görün AXCP sədri nə qədər rəzil siyasətçi və təşkilat rəhbəridir ki, illər boyunca ona qulluq edən, yanında qərarlaşan kəsləri bir andaca silib atır, düşmən elan edir, təhqirə məruz qoyur.
Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev AXCP daxilində baş verən proseslərə münasibət bildirərkən söyləyib.
"AXCP-nin fəal üzvləri Seymur Əhmədzadə və Pərvin Hüseynli təşkilatdan istefa verdiklərini elan ediblər. Yəni, gecindən də olsa görüb, anlayıblar ki, AXCP dələduz yuvasıdır və bu qaramat, uğursuz məkandan uzaqlaşmaq lazımdır. Vəssalam. Məsələ bu qədər sadə, təbii və məntiqəuyğundur. Amma görün bunun qarşılığında Əli Kərimli neyləyib? Bütün qaraguruh "banda”sına, özünəbənzər trollara tapşırıq verib ki, Seymuru da, Pərvini də təhqir eləsinlər, gəncəcik qıza şər atsınlar, hər iki insanın adına söz çıxarsınlar.
Bax budur, Kərimlinin "demokratiya təntənəsi”. Bax budur, AXCP sədrinin yaramaz təfəkkürü, diktator "kafa”sı. Gələni "bişim-bişim”lə qarşılayır, gedənin arxasınca isə vedrə bağlayır.
Zamanında bir çoxlarına qarşı da eyni şeyi edib, bu nadürüst! Heç yadımdan çıxmaz, Ruslan Bəşirli yenicə azadlığına qovuşmuşdu. Təxminən 7 il sonra. O Ruslan ki, həmin 7 il ərzində bir dəfə də olsun Kərimlinin əleyhinə ifadə vermədi. Hərgah, həyatı da, gəncliyi də məhz Kərimlinin cinayətkar məsləhətlərinə, yaramaz tövsiyyələrinə, əyri işlərə təhrikinə görə qaralmışdı. Əli Kərimli isə ona sonucda satqın damğasını vurdu və Ruslana qarşı böyük bir şər kampaniyası apardı.
Əli Kərimli elə iyrənc siyasi məxluq və elə ambisioz yırtıcıdır ki, zamanında öz liderinə qarşı belə şərəfsizcəsinə təbliğat aparıb, onu gözdən salmaq üçün bütün cəhdləri edib. İndi gedib Elçibəyin qəbri üstündə timsah göz yaşları tökməyinə, "müdrik” görkəm alaraq nitq söyləməyinə baxmayın. Adam namərdliyin əsasnaməsini, nizamnaməsini, dissertasiyasını yazacaq qədər böyük alçaqlıqlara imza atıb! Öz də hər dönəmdə! Bütün siyasi mərhələlərdə!
Keçmiş müavinlərdən biri yoxdur yanında. Fuad Mustafayev, İbrahim Vəliyev, digərləri....Sizcə niyə? Çünki hamısını qaçırdıb. Üstəlik, özündən də, təşkilatdan da iyrəndirib. Çünki bu insanın çörəyi dizi üstədir, "skotç”la yapışdıranda belə qalmır, düşür. Çünki Əli Kərimli sadəcə və sadəcə şəxsi maraqlarını düşünür. Nə xalq, nə dost, nə silahdaş, nə də əqidədaş onun umurunda belə deyil! Çünki AXCP sədri indiyə qədər siyasətimizdə mövcud olan ən urvatsız, ən vicdansız, ən satqın obrazlardan biridir! Hətta bəlkə də birincidir.
Həqiqətən də tarix belə mərdimazarı, belə siyasi mürdəşiri nadir hallarda yetişdirir...
Hesab edirəm ki, Seymur Əhmədzadə də, Pərvin Hüseynli də Əli Kərimlinin qara oyunları, anti-milli fəaliyyəti barədə bildikləri hər şeyi söyləməli, vicdanlarını rahatlamalıdırlar. Eyni zamanda Ədliyyə Nazirliyi AXCP-nin 5004 nəfərlik reyestr siyahısına yenidən göz gəzdirməli, bu "bayquşsifətin” Partiyasında daha neçə nəfərin qaldığını yenidən müəyyənləşdirməlidir.” – deyə Partiya sədri fikirlərinə davam edib.
Xəbər 889 dəfə oxunub.