Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Nəzrin İbrahimlinin cinayət işi üzrə məhkəməsi başa çatıb.
Aktual.az Report-a istinadən bildirir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə N.İbrahimli 9 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, N.İbrahimli Azərbaycandan Birləşmiş Ərəb Əmirliyinə qadın aparıb, insan alveri etməkdə təqsirli bilinib. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan N.İbrahimli barəsində həbs qəti imkan tədbiri seçilməmişdi.