Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən İrina Qəmbərovanın cinayət işi üzrə məhkəməsi başa çatıb.
Aktual.az report-a istinadən bildirir ki, hakim Azər Orcuovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə İ.Qəmbərova 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İ.Qəmbərova Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə ittiham olunub.