Çinlə əməkdaşlıq əsas prioritetlərdən biridir - Əliyev

Çinlə əməkdaşlıq əsas prioritetlərdən biridir - Əliyev

Azərbaycanın xarici siyasətində Çinlə əməkdaşlıq əsas prioritetlərdən biridir.
Aktual.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edərkən deyib.
Vahid Çin siyasətini, Çinin ərazi bütövlüyü və suverenliyini daim dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində Çinlə əməkdaşlığın əsas prioritetlərdən biri olduğunu vurğulayıb, əlaqələrimizin ildən-ilə güclənməsindən məmnunluğunu bildirib və ölkələrimiz arasında əməkdaşlığın yalnız müxtəlif siyasi platformalarda deyil, eyni zamanda, iqtisadi sahədə və "Bir kəmər, bir yol” çərçivəsində də genişləndiyini deyib. Dövlətimizin başçısı bu baxımdan Çindən Azərbaycan vasitəsilə qərb istiqamətində daşınan yüklərin həcminin artmasını bunun yaxşı nümunəsi kimi dəyərləndirib.
Xəbər 271 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR