İngiltərə Türkiyəyə üzrxahlıq etdi

İngiltərə Türkiyəyə üzrxahlıq etdi
  • DÜNYA

"Belə halın təkrarlanmaması üçün hər cür addım atacağıq".

Aktual.az ANS PRESS-ə istinadən bildirir ki, ingilis rəsmilər türk tərəfindən üzr istədilər. Üzrə səbəb isə Londonda Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə ingilis həmkarı Devid Kameronla görüşü zamanı bir qrup PKK tərəfdarının etiraz aksiyası keçirməsi olub.

Türk naziri qaldığı oteldə ziyarət edən İngiltərə iş, yenilik və ticarət naziri Sajid Javid baş nazirin iqamətgahı önündə yaşanan hadisəyə görə İngiltərə hökuməti adından üzr istəyib və bu hadisənin qəbuledilməz olduğunu deyib.
Qarşı tərəf təəssüf doğuran belə hadisələrin təkrarlanmaması üçün hər cür addım atacaqlarını bildirib.

Türk tərəfi görüş zamanı keçirilən aksiyaları yetərli dərəcədə təhlükəsizlik tədbirləri görülmədiyi barədə iradını ingilis rəsmilərə çatdırmışdı.

Kameronla Davudoğlu arasında görüş ötən gün baş tutub. Görüşdə iki ölkə arasında siyasi, iqtisadi əməkdaşlığın sürətləndiriləcəyi barədə danışıqlar aparılıb. Davudoğlu bölgədə terror təşkilatı ilə bağlı böyük risk olduğunu deyib. "Sadəcə Türkiyəyə qarşı yox, Avropaya da qarşı. Mənim də qatılacağım Suriyaya yardım konfransı təşkil edəcəyiniz üçün təşəkkür edirəm".

Xəbər 333 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR