İngiltərə Premyer Liqası və ölkə kuboku təxirə salına bilər

İngiltərə Premyer Liqası və ölkə kuboku təxirə salına bilər
  • İDMAN

Futbol üzrə İngiltərə Premyer Liqasının rəhbərliyi yanvar ayından etibarən mövsümü iki həftəlik dayandırmağı düşünür.
"Report" "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, qərar komandalarda koronavirusa yeni yoluxmaların baş verməsi ilə əlaqədar qəbul edilə bilər.
Yanvarda keçirilməsi planlaşdırılan İngiltərə Kubokunun üçüncü turunun oyunlarının da ləğv olunma ehtimalı var.
Qeyd edək ki, Premyer Liqada 18 nəfərin koronavirusa yoluxduğu açıqlanıb. Bu isə mövsümün əvvəlindən bəri ən yüksək göstəricidir.
Daha əvvəl "Mançester Siti" klubunda 7 şəxsdə infeksiya aşkarlanıb və XVI turda "Everton"la matç təxirə salınıb. İngiltərədə Çempionşip komandalarının da bir neçə üzvü koronavirusa yoluxub.
Xəbər 294 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR