İngiltərə Futbol Federasiyası maraqlı xəbərdarlıqla yadda qalıb.
Aktual.az-ın Apasport.az-a istinadən məlumatına görə, federasiya İngiltərə millisinin futbolçularına dünya çempionatı zamanı internetdən istifadə etməməyi tapşırıb.
İngilislər gələn il Rusiyada keçiriləcək mundial zamanı futbolçuların və məşqçilər korpusunun hotellərdə, həmçinin ictimai yerlərdə "wi-fi”yə qoşulmasının təhlükəli ola biləcəyini vurğulayıblar. Federasiya rəsmiləri hesab edirlər ki, şəxsi məlumatlarla yanaşı, zədəlilərin durumu, taktika, təhlil və ilk "11-liy”in seçimi ilə bağlı informasiyaları hakerlər ələ keçirirlər.
Rusiyanın haker qrupu olan "Fancy Bears” ötən ay futbolda qadağan olunmuş maddələrin istifadəsi ilə bağlı məlumatları ələ keçirərək yaymışdı. Adıçəkilən qrup 2015-ci ildə 160, 2016-cı ildə isə 200 futbolçunun dopinq-testdən keçə bilmədiyini iddia etmişdi. Məsələ ilə bağlı narahatlığını FİFA-ya çatdıran İngiltərə Futbol Federasiyası təhlükəsizlikdən şikayətlənib.
Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində F qrupuna liderlik edən İngiltərə yığması sona iki tur qalmış ən yaxın izləyicisi Slovakiyanı 5 xal üstələyir.
Aktual.az
Xəbər 617 dəfə oxunub.