Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycan üçün inflyasiya proqnozunu azaldıb.
Aktual.az xəbər verir ki, "ING Group"u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiya proqnozunu 2,2%-dən 2,1%-ə, 2025-ci il üzrə isə 4,7%-dən 4,1%-ə endirib. Bu isə ING sentyabr proqnozu ilə müqayisadə müvafiq olaraq 0,1 faiz və 0,6 faiz bəndi azdır.
ING 2026-cı ilin dördüncü rübü üzrə isə ölkədə inflyasiya proqnozunu 5,4% müəyyən edib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3 %, 2025-ci ildə 4,9 % olacağını proqnozlaşdırıb.
Xəbər 292 dəfə oxunub.