Müasir dünyada erkən ölümün əsas səbəblərindən biri də infarktdır. Gərgin həyat tərzi, pis yemək vərdişi, xroniki yuxusuzluq infarkt riskini artıran əsas amillərdən sadəcə, bir neçəsidir. Biz özümüz ildən-ilə bu təhlükəli xəstəliyin inkişafına daha böyük töhfələr veririk.
Bu yazıda oxucuları zərərli vərdişlərinə görə tənbehləyib, sağlam həyat tərzi yaşamaq zərurəti barədə danışmayacağıq.
Aktual.az publika.az-a istinadən infarktın ilkin simptomlarının siyahısını təqdim edir. Hansı ki, bu siyahı sizə xəstəlik barədə ən azı bir ay əvvəlcədən xəbər tutmağa imkan verəcək.
1. Yorğunluq
Arteriya daralan zaman ürəyə lazım olduğundan daha az qan gedir. Bu da qan dövranının işini çətinləşdirir. Dolayısı ilə bu problemlərin ilk əlaməti yuxusuzluq və yorğunluq hissidir.
2. Nəfəs darlığı
Əgər ürəyinizə kifayət qədər qan getmirsə, bu, o deməkdir ki, sizin ağciyərləriniz lazımi oksigeni qəbul edə bilmir. Bu iki sistem bir-birindən çox asılıdır. Biri olmadan, digəri normal işləyə bilməz. Əgər sizdə nəfəs ilə bağlı tez-tez problemlər yaranırsa, ən yaxşısı həkimlə məsləhətləşin.
3. Zəiflik
Əgər siz bütün bədəninizdə zəiflik hiss edirsinizsə, bu, o deməkdir ki, arteriyalarda qan çox azdır. Sizin əzələləriniz lazımi miqdarda oksigen və qidalı maddələr ala bilmir. Sizdə tez-tez heç bir səbəb olmadan zəiflik, süstlük əlamətləri müşahidə olunursa, bu, özlüyündə çox həyəcanlı əlamətdir və birbaşa ürək-damar sistemi ilə bağlıdır.
4. Başgicəllənmə və soyuq tər
Beyinə qan axınının azlığı həyat üçün çox təhlükəlidir. Əgər sizə elə gəlir ki, bədəninizi tez-tez soyuq tər basır, tez-tez başgicəllənmə halları baş verir, onda siz bu simptomları mütləq nəzərə almalısınız.
5. Sinədə təzyiq
Əgər sizdə sinədə həddindən artıq təzyiq əlamətləri varsa, bu, çox pisdir. Bu əlamətlər tədricən daha tez-tez meydana çıxmağa başlaya və şiddətli ağrılar yarada bilər. Əgər heç bir qabaqlayıcı tədbirlər görməsəniz, çox qısa müddətdə infarkt keçirə bilərsiniz.
6. "Şaxta" sindromu
Əgər sizdə vaxtaşırı qrip əlamətləri yaranırsa, bu, yaxınlaşan infarkt barədə xəbər verə bilər. Bir çox insanlar ürək tutmasından əvvəl qəribə soyuq və şaxta hiss etdiklərini etiraf edib.
Bütün bunların qarşısını necə almalı?
Əgər siz özünüzdə, yaxud da yaxınlarınızda bu əlamətləri hiss edirsinizsə, onda kömək üçün dərhal həkimə yaxınlaşın. İnfarktın qarşısını almağın ən yaxşı üsulu simptomları erkən aşkar etmək və profilaktik müalicəyə başlamaqdır.