Canni İnfantino yenidən Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti seçilib.
Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, Parisdə keçirilən konqresdə FIFA-ya üzv olan 211 federasiyanın nümayəndələri C.İnfantinonun namizədliyini dəstəkləyiblər.
Bununla da 49 yaşlı C.İnfantinonun səlahiyyət müddəti 2023-cü ilədək uzadılıb.
Seçkidə C.İnfantino yeganə namizəd kimi iştirak edib.
Xəbər 380 dəfə oxunub.