İnfakt keçirən qadın özünü asdı

İnfakt keçirən qadın özünü asdı

İsmayıllıda intihar hadisəsi baş verib.

Aktual.az Anspress-ə istinadən xəbər verir ki, rayonun polis idarəsindən verilən məlumata görə, hadisə rayonun Burovdal kəndində qeydə alınıb. Kənd sakini, 1948-ci il təvəllüdlü Ruqiyyə Şahlar qızı Xanhüseynova özünü yaşadığı evin həyətindəki tövlədə asaraq intihar edib. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər.

68 yaşlı qadının özünə qəsd etməsinə ilkin ehtimal onun xəstə olması göstərilir. Belə ki, Ruqiyyə Xanhüseynova bir müddət əvvəl infakt keçirib və səhhətində problemlər var imiş.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Ölkə ərazisində sonuncu intihar hadisəsi 3 gün əvvəl Bakıda baş verib. Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşayan qəsəbə sakini 1981-ci il təvəllüdlü Eldar Əli oğlu Qarabəyov özünü yaşadığı evin həyətindəki yardımçı tikilidə asaraq intihar edib. Eldar Qarabəyov subay olub.

Xəbər 487 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR