Göygöl sakini qayadan yıxılıb.
Aktual.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 19 radələrində rayonun Çaykənd kəndi ərazisində baş verib. 57 yaşlı Elşad Hüseynov yaxınlarının köməyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.
Müayinə zamanı məlum olub ki, E.Hüseynovun alın sümüyü sınıb, kəllə-beyin travması alıb. Xəstə dərhal əməliyyat olunub və vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Yaxınlarının sözlərinə görə, E.Hüseynov inək otararkən qayadan yıxılıb.
Aktual.az