İndoneziyanın qərbindəki Açex vilayətində dekabrın 7-də baş vermiş zəlzələdən sonra azı 43 min nəfər evini tərk edib.
Aktual.az xəbər verir ki, Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.
Təxliyə olunacaq əhalinin sayının artacağı bildirilir.
Qeyd edək ki, dekabrın 7-də baş vermiş zəlzələdə 100 nəfər həlak olub, 135 nəfər ağır, 616 nəfər yüngül xəsarət alıb.
Təxminən 12 min bina tamam və qismən dağılıb.
Aktual.az
Xəbər 439 dəfə oxunub.