Noyabrın 12-də İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri İndoneziyanın paytaxtı Cakartadan 474 kilometr cənub-şərqdə, ocağı 95,7 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.