Bu günə qədər 8103 qısa nömrəsinə göndərilən SMS-lərin sayı məlum olub.
Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov "Real" TV-nin efirində deyib.
Onun sözlərinə görə, bu günə kimi 8103 qısa nömrəsinə 8,2 milyon SMS göndərilib:
"Bunların da təqribən 64 faizinə müsbət cavab verilib. İlk günlərdə təqribən 62faiz SMS yanlış format, aidiyyəti olmayan sözlərlə göndərilmişdi. Bu faiz get-gedə düzəlmək üzrədir. Son günlərin - dünən və bu günün statistikasına baxanda müsbət cavalandırma 80 faiz təşkil edib. İlk günlərdə isə sui-istifadə halları olurdu, yəni müəyyən nalayiq sözlər yazan və ya aidiyyəti olmayan ifadələrlə SMS göndərən şəxslər var idi. Daxili İşlər Nazirliyi tərəfindən də həmin şəxslər barəsində müəyyən tədbirlər görülür”.
Xəbər 314 dəfə oxunub.