Çinin özəl neft emalı zavodu Rusiya neftindən imtina edərək, Qərbi Afrika neftini almağa başlayıb.
Aktual.az xəbər verir ki, bu barədə "Blumberq" agentliyi məlumat yayıb.
Məlumata görə, Çinin "Landbridge Petrochemical Co." şirkəti tədarük üçün 2 milyon barrel neft alıb. Əvvəllər belə alıcılar Rusiyanın ESPO neftinə, eləcə də İran xam neftinə üstünlük verirdilər. Bunun səbəbi qısa çatdırılma yolları və aşağı qiymətlər idi.
Qeyd olunur ki, Çinin Afrika neftini alması Tramp administrasiyası İrana qarşı mümkün siyasəti ilə bağlıdır. Ekspertlər hesab edir ki, Donald Trampın prezidentliyi dövründə Tehran daha sərt məhdudiyyətlərlə üzləşə bilər.
"Rusiyaya gəlincə, hələlik onun üçün vəziyyət kritik deyil. Lakin Çinin Rusiya neftindən imtina etməsi büdcəsi əsasən neft gəlirlərindən asılı olan Moskva üçün əsl fəlakətə çevrilə bilər", - agentlik bildirib.
Qeyd edək ki, Trampın son seçkilərdəki qələbəsi neftin qiymətinin aşağı düşməsinə səbəb olub.
Xəbər 44 dəfə oxunub.