Çinin energetika məsələləri üzrə dövlət idarəsinin kömür şöbəsinin rəhbərinin sabiq müavini Vey Penyuan 2000-2014-cü illər ərzində 212 milyon yuan (31,49 milyon dollar) rüşvət aldığı üçün məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilib.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Renmin Ribao” məlumat yayıb.
Məhkəmə prosesi Hebey əyalətinin Baodin şəhərində keçirilib. Qərara görə, Vey Penyuan iki ildən sonra edam ediləcək.
Məhkəmə araşdırması 2015-ci ilin sonunda başlanıb.
Prokurorluq Vey Penyuanı göstərilən dövr ərzində üçüncü şəxslərə yardım etmək üçün vəzifəsindən sui-istifadə etməkdə ittiham edib. Məmur 131 milyon yuan (1946 milyon dollar) əmlakının mənşəyini izah edə bilməyib. Məhkəmənin qərarına görə, onun əmlakı müsadirə ediləcək.
Aktual.az