Avtomobil yüksək sürətlə hərəkət edib.
Çinin Şanxay şəhərində “bahalı” yol-nəqliyyat hadisəsi baş verib.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, yüksək sürətlə hərəkət edən “Ferrari 458” markalı avtomobil idarəetməni itirərək, yoldakı maneəyə dəyib.
Zərbə nəticəsində avtomobilin arxa hissəsi parçalanıb.
Avtomobilə ciddi ziyan dəysə də sürücü xəsarət almayıb.
Qeyd edək ki, “Ferrari 458” markalı avtomobilin orta qiyməti 280 000 dollar təşkil edir.