Çində bir sutkada koronavirusdan 86 nəfər öldü

Çində bir sutkada koronavirusdan 86 nəfər öldü
  • DÜNYA

Çində koronavirus epidemiyasından ölənlərin sayı 723-ə çatıb.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə Çinin Milli Səhiyyə Komissiyası məlumat yayıb.
Bildirilib ki, ölkədə son 24 saat ərzində 86 nəfər dünyasını dəyişib, 3 000-dən artıq insanda yeni yoluxma faktı aşkarlanıb. 
Bu günə qədər qeydə alınan ölümlərin 699-u məhz Uhan şəhərində olub.
Müşahidə altına alınan şəxslərin sayı isə 189 mini keçib. Virusun təsirinə məruz qalan 6 101 nəfərin vəziyyəti ağır olaraq qalır. Ümumilikdə isə virusa yoluxanların sayı 34 546-a yüksəlib. Eyni zamanda virusa yoluxduğu ehtimal edilən insanların sayı 27 657 nəfərdir. 
Bu arada paytaxt Pekində qoruyucu maskalardan istifadə etməyənlər karantin altına alınacaq. 








Xəbər 706 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR