Çin və ABŞ tərəfdaş, dost olmalıdır, bu, tarixin dərsi və reallığın zərurətidir.
Aktual.az xəbər verir ki, bunu Çin lideri Si Szinpin ABŞ Prezidenti Donald Trampla bu gün keçirdiyi görüşdən sonra deyib.
Szinpin bildirib ki, Çinin inkişafı və dirçəlişi Trampın "Amerikanı yenidən böyük edək” şüarı ilə düz gəlir:
"Çin və ABŞ bir-birinə uğur və ortaq rifah əldə etməkdə kömək üçün tam qabiliyyətlidir”.
Qeyd edək ki, bu gün Çin lideri Si Szinpinlə ABŞ Prezidenti Donald Tramp arasında Cənubi Koreyanın Busan şəhərində görüş keçirilib. Görüş 1 saat 40 dəqiqə davam edib.
Xəbər 71 dəfə oxunub.