Çinin milli valyutası olan yuan növbəti dəfə devalvasiyaya uğrayıb.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu gün Çin Xalq Bankı yenidən yuanın ABŞ dollarına qarşı rəsmi məzənnəsini azaldıb. Belə ki, yuan 64 bənd azalaraq 1 ABŞ dollarına qarşı 6,4559 yuan təşkil edib.
Bu 2011-ci ilin iyulundan bəri ən aşağı göstəricidir.