Ukrayna Prezidenti Vladimir Zelenskinin Çin vətəndaşlarına qarşı sanksiyaların tətbiq oluna biləcəyi ilə bağlı açıqlamalarından sonra Pekin rəsmi Kiyevə müraciət edib.
Aktual.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tsyan deyib.
"Çin BMT mandatı olmadan tətbiq edilən və beynəlxalq hüququ pozan birtərəfli sanksiyalara ardıcıl şəkildə qarşı çıxır. Pekin öz vətəndaşlarının və şirkətlərinin qanuni hüquq və maraqlarını qətiyyətlə qoruyacaq. Biz Ukrayna tərəfinə yol verilmiş səhvləri düzəltməyi qəti şəkildə tövsiyə edirik”, - Tsyan bildirib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski ilin sonuna qədər Rusiyanın hərbi sənayesi ilə əməkdaşlıq edən şəxslərə qarşı sanksiyaların tətbiq ediləcəyini açıqlamışdı. Sözügedən siyahıya Çin vətəndaşlarının da daxil edilə biləcəyi bildirilir.
Xəbər 47 dəfə oxunub.