Çin Ukraynadakı böhranı sülh yolu ilə həll etmək üçün "Sülh dostları”adlı beynəlxalq koalisiya yaradır.
Aktual.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi BMT-də Braziliya nümayəndələri ilə görüşündə açıqlayıb.
Bəzi mənbələr "Sülhün dostları” platformasının gələn ay Kazanda keçiriləcək BRİKS sammitində təqdim olunacağını ehtimal edir.
Xəbər 358 dəfə oxunub.