Çin Səhiyyə Nazirliyi koronavirusun yayılmasının sona çatdığını açıqladı

Çin Səhiyyə Nazirliyi koronavirusun yayılmasının sona çatdığını açıqladı

Çin Səhiyyə Nazirliyi 22 avqustda ölkədə bir dənə də olsun koronavirusa yoluxma hadisəsinin qeydə alınmadığını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bununla belə, məlumata görə, bazar günü ÇXR-də 21 yoluxmuş şəxs müəyyən edilib. Bütün bu insanlar xaricdən gələnlərdir. Bu o deməkdir ki, ölkənin özündə, 22 avqust iyul ayından etibarən sıfır insidentli ilk gün olub.

Xatırladaq ki, avqustun əvvəlində Çin hakimiyyəti vətəndaşların ölkə daxilində hərəkətini yenidən məhdudlaşdırıb. Bu, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün edilib.

Bundan əvvəl, Çinin 30-dan çox bölgəsinin Delta Hindistan variantının səbəb olduğu koronavirus infeksiyalarının kəskin yayılması səbəbindən sakinləri lazımsız səyahətlərdən çəkinməyə çağırdığı bildirilib.
Xəbər 870 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR