Çin Marsda “su” tapdı

Çin Marsda “su” tapdı
  • DÜNYA

Çin geoloqları 750 milyon il əvvəl Marsın səthində suyun olduğunu aşkar ediblər.
Aktual.az xəbər verir ki, bu barədə "Sinxua” agentliyi məlumat yayıb.
"Çin Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun alimləri tərəfindən aparılan bir araşdırma qeyd olunub ki, Qırmızı planetdə düşünüləndən bir neçə yüz milyon il daha əvvəl su mövcud olub. Marsa göndərilən müşahidə aparatının eniş yeri 4 metr qalınlığında vahid çöküntü təbəqəsi ilə örtülüb və bunun altında kraterlər var. Çöküntü təbəqəsinin qalınlığı vulkan püskürmələrinin və ya küləklə əlaqəli proseslərin baş vermə ehtimalını istisna edir. Yeganə ağlabatan izahat isə həmin dövrdə ərazidə kiçik su hövzəsi və ya böyük bir gölün olmasıdır”, - məlumatda deyilib.
Xəbər 130 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR