Çin dünyaya çağırış etdi: “Fələstin dövləti yaradılmalıdır“

Çin dünyaya çağırış etdi:       “Fələstin dövləti yaradılmalıdır“
  • DÜNYA


BMT-nin Təhlükəsizlik Şurasınının yığıncağında Çinin daimi nümayəndəsi Liu Yieyi beynəlxalq çağrışlara baxmayaraq İsrailin havadan böyük diametrli bombalardan istifadə etdiyini və qurudan işğala başladığını, bu vəziyyətin uşaq və qadınlar daxil olmaqla böyük itkilərə gətirib çıxardığını bildirib.

Yieyi Çinin gücdən istifadəni qınadığını və vətəndaşların ölümünə səbəb olan hər cür hərəkləri qəbul etmədiyini söyləyib.

Yieyi bildirib ki, tərəfləri atəşkəs elan etməyə, Qəzzadakı ordunun dərhal geri çəkilməsini, Qəzzaya mühasirənin tamamilə qaldırılmasını və yerli xalqın səfalətini yüngülləşdirmək üçün beynəlxalq yardımlara icazə verilməsinə çağırırıq.

Çinin BMT-dəki daimi nümayəndəsi sonda Fələstin dövlətinin qurulmalı olduğunu deyib:

"Fələstin xalqının tam suverenliyə sahib, paytaxtı Şərqi Qüds olan və 1967-ci sərhədləri daxilində müstəqil bir Fələstin dövlətinin yaradılması istiqamətində büyün səylərini dəstəkləyirik. Fələstinin BMT və digər beynəlxalq təşkilatlara üzvlüyünün tərəfdarıyıq".(Axar.az)


Aktual.az

Xəbər 436 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR