Çinin Sənaye və Məlumat Texnologiyaları Nazirliyi bir neçə gün sonra benzinlə çalışan avtomobillərin istehsalı və satışına qadağa qoyacağını bildirib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hökumətin bu addımı ətraf-mühitin zəhərli qazla çirklənməsinin qarşısını almaqda kömək edəcək.
Rəsmi Pekin bu barədə qərarı 2030-cu ilə qədər tədbiq edəcək. Bundan başqa, bu müddət ərzində fosil ilə çalışan avtomobil istehsalının azadılması nəzərdə tutulur.
Hökumət 2030-cu ilə qədər elektrik və hibrid avtomobillərin istehsalını artıracaq.
Qeyd edək ki, ötən il Çin dünya bazarına 28 milyon ədəd avtomobil çıxarıb.
Aktual.az Xəbər 347 dəfə oxunub.