ABŞ Çinlə qeyri-bərabər ticarət aparır.
Aktual.az Axar.az-a istinadən bildirir ki, bu açıqlama ilə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp çıxış edib.
Onun sözlərinə görə, bu qeyri-bərabərlik ABŞ-ın iş yerləri itirməsinə səbəb olub: "Çinin ucbatından 7 milyona qədər iş yeri itirmişik. Çinlə çox ədalətsiz ticarətimiz var. Bu il onlarla ticarət defisitimiz 505 milyard dollar olacaq".
Tramp azad ticarətin tərəfdarı olduğunu deyib: "Amma o demək deyil ki, ağıllı adamları danışıqlara göndərməyək".