Çin Xarici İşlər Nazirliyi yeni seçilmiş prezident Donald Trampın Tayvan administrasiyasının rəhbəri Tsay İnvenlə telefon danışığı aparması səbəbindən ABŞ tərəfinə etiraz notası ünvanlayıb.
Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin yaydığı bəyanatda deyilir.
"Biz artıq ABŞ tərəfinin diqqətini yayılan məlumatlara yönəltmişik və sərt etirazımızı bildirmişik", - deyə bəyanatda qeyd edilib.
Bununla yanaşı, məlumatda deyilir ki, "dünyada cəmi bir Çin mövcuddur və Tayvan onun ayrılmaz hissəsidir".
Aktual.az
Xəbər 528 dəfə oxunub.