Çinin "Sinopec" neft-qaz şirkəti 40 ildən sonra ilk dəfə ABŞ-dan neft alıb.
Aktual.az report-a istinadən bildirir ki, bu haqda "Reuters" məlumat yayıb.
Şirkətdən bildirilib ki, ABŞ neftinin ixracatı dünya bazarı üçün müsbət xəbər sayılır: "Əgər bu neft iqtisadi baxımdan rəqabətə davamlı olarsa, onda Asiya-Sakit okean bölgəsindəki emalçıların "qara qızıl" ehtiyatını artırmaq üçün rəngarəngliyin yaranmasına təsir edəcək".
Qeyd edək ki, ABŞ Konqresi 1975-ci ilin dekabrında Çinə neft ixracatına embarqo qoymuşdu.
"China Petroleum and Chemical Corporation" ("Sinopec") böyüklüyünə görə "Petro China"dan sonra Çinin ikinci böyük enerji şirkətdir.