İmtahandan kəsilən müəllimlərin aqibəti necə olacaq? — VİDEO

İmtahandan kəsilən müəllimlərin aqibəti necə olacaq?   — VİDEO

Aktual.az xəzər tv-yə istinadən məlumat verir ki, Noyabr-dekabr aylarında diaqnostik qiymətləndirmənin aparıldığı 12 bölgə üzrə müəllimlərin davamiyyəti 98 faiz təşkil edib. Müəllimlərin böyük əksəriyyəti prosesdə iştirak etsə də, imtahana gəlməyənlər olub.

Bundan əlavə diaqnostik qiymətləndirmədə iştirak edən 25 min 693 müəllimin bir qismi uğursuz olub.

Bəs imtahandan keçə bilməyən müəllimlərin aqibəti necə olacaq?

Təhsil Nazirliyinin rəsmisi Eşgi Bağırovun sözlərinə görə, aşağı nəticə göstərən müəllimlər əmək haqqlarının artırılmasını istəyirsə öz üzərilərində işləməli və növbəti imtahandan keçməlidirlər. Uğurlu olan müəllimlərin isə əmək haqqları dərs yükündən, pedaqoji fəaliyyət üzrə stajından, ali və ya orta ixtisas təhsilli olmasından, sinif rəhbəri və fəxri adının olub-olmamasından asılı olaraq 30-40 faiz artırılacaq. 

Xəbər 548 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR