"Report"un Sumqayıt-Abşeron bürosun verdiyi məlumata görə, hadisə şəhərə ərazisində yerləşən 14 mərtəbəli binada baş verib.
Belə ki, adı Faiq olduğu deyilən, 17 yaşlı gənc 14 mərtəbəli binanın damına çıxaraq özünü oradan atıb. Onun meyiti "morq"a təhvil verilib.
Qeyd edək ki, bu, Sumqayıt şəhərində ikinci abituriyentin imtahandan sonra intiharıdır.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 2001-ci il təvəllüdlü yerli sakin Pənah Quliyev yaşadığı binanın beşinci mərtəbəsinin eyvanından özünü yerə atıb.
Onun universitetə qəbul olunmaq üçün verdiyi imtahanın aşağı nəticədə olmasına görə intihar etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.