Ötən gün vəfat edən aktrisa Çimnaz Sultanovanın oktyabr ayında vəziyyəti pisləşib və əməliyyat olunubmuş.
Aktual.az Oxu.az-a istinadla xəbər verir ki, onun bir ay yarıma yaxşı olacağı deyilib. Əməliyyatdan 21 gündən sonra yaxşılaşıb və ayağa durub.
Lakin bir müddət əvvəl onun vəziyyəti yenidən ağırlaşıb. Aktrisanın əməliyyat yarasından qanaxması olub və o, reanimasiyaya yerləşdirilib.
Qeyd edək ki, 43 yaşlı aktrisa Çimnaz Sultanova 15 yanvar tarixində bağırsaq xərçəngindən vəfat edib.
Xəbər 52 dəfə oxunub.