İmkansız xəstələrə MÜJDƏ

İmkansız xəstələrə   MÜJDƏ

 
 
Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa təhsilli uzman, tanınmış uroloq-androloq, Dr. Araz Bayramov növbəti xeyriyyə aksiyasına start verir.
 
 
TƏBİB.AZ-a danışan Dr. Araz Bayramov bildirib ki, böyrək daşlarından əziyyət çəkən imkansız xəstələr, xüsusən də şəhid ailələri və xəstə uşaqlar bu aksiyaya cəlb ediləcək:
 
 
“Hələki ayda bir xəstəni pulsuz əməliyyat etməyi nəzərdə tuturam. Gələcəkdə bu sayın artacağı istisna olunmur. Bu məqamda qeyd edim ki, dünən “MODERN DOCTORS OF AZERBAIJAN” və MEDPORTAL.AZ tibbi informasiya saytının təşkilatçılığı ilə Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən 3 saylı İnternat Evində ölkənin sayılıb-seçilən, nüfuzlu həkimləri ilə birgə xeyriyyə aksiyası təşkil etmişik".
 
“MTN Hospitalında dünyanın aparıcı klinikalarında tətbiq olunan ən müasir laporoskopik və endoskopik uroloji əməliyyatlar həyata keçirilir”, -  deyən Dr. Araz Bayramovun sözlərinə görə, xeyriyyə aksiyasına cəlb olunan xəstələr də bu imkandan yararlanacaq:
 
“MTN-nin Hospitalı nəzdində fəaliyyət göstərən Böyrək Daşı Mərkəzində Avropa protokollarına uyğun, ən müasir müalicə üsullarından istifadə olunur ki, bu da xəstələrə ağrı, stress yaşamadan, ən qısa müddətə bu problemdən azad olmağa imkan yaradır. 
 
Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, Fransada çalışdığım mərkəzdə iri məcanvari böyrək daşlarının perkutan üsula müalicəsi iki saatdan tez bitmirdi. Azərbaycanda ən aparıcı klinika adını qazanmış hospitalımızda isə biz bu əməliyyatları bir saat ərzində yekunlaşdırırıq”.
 
Xatırladaq ki, uzman Dr. Araz Bayramov ABŞ-ın dünyaca məşhur “American” və “Klivlend” klinikaları ilə əməkdaşlıq edir və hazırda MTN Hospitalında və Bakı klinikasında ən çətin uroloji əməliyyatlardan olan – laporoskopik parsial nefrektomiya (böyrək şişləri zamanı böyrəyin qorunub saxlanılması ilə şişin çıxarılması), ikitərəfli böyrək daşlarının eyni anda müalicəsi, prostat adenomasının endoskopik müalicəsi, o cümlədən prostat xərçənginin erkən aşkar edilməsi, radikal prostatektomiya (Prostat xərçənginin müalicəsi) və uşaqlarda anadangəlmə uroloji problemlərin müalicəsini həyata keçirir. Dr. Araz Bayramovla əlaqə: 050-234-55-60
 
Leyli Səfərova, TƏBİB.AZ
 
Xəbər 11780 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR