İmişli rayonunda fərdi yaşayış evi yanıb.
"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə günorta saatlarında şəhərin Ə.Məmmədov küçəsində qeydə alınıb.
Belə ki, Mehman Zamanova məxsus evdə yanğın başlayıb. Nəticədə ümumi sahəsi 64 kvadratmetr olan 1 mərtəbəli 4 otaqdan ibarət evin 2 otağı yanaraq yararsız hala düşüb. Hadisə yerinə İmişli rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 591 dəfə oxunub.