Bu gün İmişlidə üçüncü zəlzələ qeydə alınıb.
Aktual.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 11:51:01-də Beyləqandan 34 km şimal-şərqdə İmişli rayonu ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.