İmişlidə baş verən zəlzələnin səbəbi bilindi

İmişlidə baş verən zəlzələnin səbəbi bilindi

"Dünən İmişlidə baş verən zəlzələnin əsas səbəbi Kür çayı uzununa dərinlik qırılması olub".

Aktual.az  Trend-ə istinadən bildirir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, əsas təkandan sonra 7-yə qədər afterşoklar olub.

Q.Yetirmişli qeyd edib ki, həmin ərazi güclü seysmik zona olmasa belə tarixən burada güclü zəlzələlər baş verib: "Dünən baş verən güclü zəlzələ respublikanın əksər rayonlarında hiss olunub. Dağıntıların az olmasına səbəb isə zəlzələnin dərində baş verməsi olub. Zəlzələ nə qədər dərində olsa, güclü də olsa, onun hiss etmə arealı böyük olur, episentirdə isə fəsadları az olur. Dünənki zəlzələ təqribən 28 km dərinlikdə baş verib. Əgər zəlzələnin dərinliyi az olsaydı, fəsadları çox olardı".

O, əlavə edib ki, İmişlidə baş verən zəlzələ 2012-ci ildə Zaqatala-Balakən zonasında baş vermiş zəlzələ ilə təxminən eyni gücdə olub.

Baş direktor bu ilin 7 ayı ərzində respublika ərazisində 4849 təkan qeydə alındığını, onlardan 57-nin hiss olunduğunu da vurğulayıb.

Xəbər 712 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR