Ötən gün axşam saatlarında İmişli rayonunun Rəsullu kəndində 1 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
Aktual.az Report-a istinadən xəbər verir ki, hadisə “Mercedes” markalı avtomobil ilə “VAZ-2107”nin toqquşması nəticəsində qeydə alınıb.
Qəza nəticəsində rayonun Rəsullu kənd sakini, 22 yaşlı Əmrah Üzeyir oğlu Mustafayev yerindəcə dünyasını dəyişib. Gəncə şəhər sakini, 18 yaşlı Əli İbrahim oğlu Cəfərov, İmişlinin Şahverdili kənd sakini, 22 yaşlı Orxan Qənimət oğlu Rüstəmov, Rəsullu kənd sakinləri - 24 yaşlı Şəhriyar Tofiq oğlu Əzizov və 31 yaşlı Vüqar Xanışov, Gəncə sakini, 16 yaşlı Əlizamin Amin oğlu Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.Onlardan ikisi Cərrahiyyə şöbəsində əməliyyat olunub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.