İmişlidə 3 uşaq anası intihar edib

İmişlidə 3 uşaq anası intihar edib

İmişli rayonunda  3 uşaq anası intihar edib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, rayon sakini, 1992-ci il təvəllüdlü Nərmin Mansur qızı Quliyeva yaşadığı evin həyətindəki yarımçıq tikilidə özünü asaraq intihar edib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım stansıyasının briqadası cəlb olunub. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə yerləşdirilib. 
26 yaşlı qadının hansı səbəbdən intihar etməsi məlum deyil, onun 3 uşaq anası olduğu bildirilir. 
Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
 
Aktual.az
Xəbər 505 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR