İmişli rayonunda 3 nəfər qidadan zəhərlənib.
Aktual.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 26-da İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində baş verib.
Həmin qəsəbədə yaşayan Aygün Əliyeva, Davud Əliyev və Hikmət İsrafilov qidadan (kolbasa və turşu) zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.