Liverpul Universitetinin alimləri çimərlikdə istirahətin insan səhhəti üçün arzuolunmaz sonluqla bitə biləcəyini deyirlər.
Aktual.az xəbər verir ki, çimərlikdə dincəlmək vaxtından qabaq ölüm gətirə bilər.
Alim qrupunun rəhbəri Den Katbertson iki həftə ərzində 28 sağlam kişi üzərində müşahidə aparıb. Onların orta yaş həddi 25 olub. Bütün bu vaxt ərsində istirahət edənlərin üzərində fiziki aktivliyi ölçən avadanlıq olub.
Müşahidələr zamanı belə məlum olub ki, bu vaxt kəsimində kişilərdə əzələ kütləsi azalıb, piy qatı çoxalıb. Xüsusən də qarın nahiyəsinə piy qatı yığılıb. Halbuki bu insanlar heç də ənənəvi qida rasionunu dəyişməyiblər. Bununla belə fiziki aktivlik enib. Katbertson deyir ki, orqanizmdə belə ani dəyişiklik maddələr mübadiləsinin pozulmasına, ürək-damar sisteminin zəifləməsinə gətirib çıxardır ki, nəticəsi qaçılmazdır. (publika.az)
Aktual.az
Xəbər 740 dəfə oxunub.