İlon Mask Ayda şəhər tikəcək

İlon Mask Ayda şəhər tikəcək
  • DÜNYA

Ayda yaxın on ildən az müddətdə şəhər salına bilər. "SpaceX" şirkəti bunu özünün ən yüksək prioriteti hesab edir.
Aktual.az Oxu.az-a istinadla xəbər verir ki, bunu "SpaceX" şirkətinin təsisçisi İlon Mask sosial şəbəkə hesabında bildirib.
"Ayda şəhər qurmağa 10 ildən az müddətdə nail ola bilərik, Marsda isə bu, 20 ildən çox vaxt aparacaq.
Marsa uçuş pəncərəsi hər 26 aydan bir açılır və səyahət müddəti təxminən altı ay çəkir. Aya səyahətlər hər 10 gündə bir dəfə baş tuta bilər, səyahət müddəti isə cəmi iki gündür", - deyə sahibkar bildirib.
Daha əvvəl "Voll Strit Jurnal" nəşri mənbələrə istinadən "SpaceX" şirkətinin "Starship" kosmik gəmisinin ilk pilotsuz enişini 2027-ci ilin mart ayında Ayda həyata keçirməyi planlaşdırdığını bildirmişdi.
Xəbər 48 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR