Tələbə Qəbulu üzrə Dövlət Komissiyası əvvəlki illərdə buraxılış ilinin illik qiymətləri üzrə ən azı bir fəndən “2” almış məzunlar üçün buraxılış imtahanı keçirəcək.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə komissiyadan məlumat verilib.
İmtahanda ümumtəhsil müəssisələrində əvvəlki illərdə buraxılış ilinin illik qiymətləri üzrə ən azı bir fəndən “2” almış və ya eksternat qaydada təhsil almış şəxslərlə yanaşı, üzrlü səbəblərdən buraxılış imtahanında iştirak etməmiş cari ilin məzunları da iştirak edəcəklər.
Xəbər 337 dəfə oxunub.